Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:43

Senatdakı demokratlar İrana qarşı sərt mövqedən çəkildilər


 Robert Menendez.
Robert Menendez.

ABŞ Senatında bir qrup demokrat İrana qarşı mövqelərini yumşaldaraq bildiriblər ki, Tehran üzərinə yeni sanksiyaları dəstəkləməyəcəklər.

Hazırda prezident Barack Obama da bu mövqeyi dəstəkləyir.

Senator Bob Menendez prezidentə yazdığı məktubda bildirir ki, o respublikaçı həmkarı Mark Kirk-lə birlikdə yazdığı qanun layihəsindən geri çəkilir.

Bu qanun layihəsi Tehran üzərinə daha sərt sanksiyaların qoyulmasına imkan verməli idi .

Menendez bildirib ki, o və partiyadaşları ən azı martın 24-dək İrana qarşı heç bir sanksiyanı dəstəkləməyəcəklər.

Administrasiya məhz həmin vaxtadək İranla Tehranın ziddiyyətli nüvə proqramına dair razılaşmanın əldə olunacağına ümid bəsləyir.

Bununla belə, Menendez və daha 10 demokrat martın 24-dən sonra eyni mövqedə qalacaqlarına təminat vermirlər.

ABŞ mətbuatı bildirir ki, demokratların geri çəkilməsi layihənin Senatdan keçməsini əngəlləyə bilər.

Media həmçinin qeyd edir ki, bu mövqeyi daha çox demokrat dəstəkləyərsə, layihə ümimiyyətlə iflasa uğraya bilər.

Beləki onun prezidentin vetosunu aşması üçün səslərin üçdə ikisi lazımdır.

XS
SM
MD
LG