Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:17

Bakıda kriminal avtoritetlər həbs edilib


Foto arxiv
Foto arxiv

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini tutublar.

Müəyyən edilib ki, adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələr ilə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla qanunsuz araşdırmalar aparıblar.

Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığıb kriminal aləmin kassasına ötürüblər.

Axtarış zamanı onların üzərindən heroin tapılıb.

Ceyhun Baxışovdan «Makarov» tipli tapança, E. Baxşızadənin mənzilindən isə 2 əl qumbarası tapılıb.

Faktla bağlı cinayət işi açılıb.

XS
SM
MD
LG