Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Bakıda taksi sürücüsü özünü yandırıb


Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsinin yaxınlığında qeydə alınıb.

Bakı şəhər sakini Arzuman Hümbətov üstünə benzin tökərək özünü yandırıb.

O yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindənverilən məlumata görə Arzuman Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır.

Şahidlərin sözlərinə görə sürücü Nəqliyyat Departamentinin müfəttişləri ilə mübahisədən sonra özünü yandırıb.

XS
SM
MD
LG