Azərbaycana xaricdən gələn həkimlərlə bağlı müvafiq qadağalar tətbiq oluna bilər.
APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsi bununla bağlı qanunvericiliyə təkliflər hazırlayacaq.
Komitənin sədr müavini Musa Quliyev yanvarın 28-də keçirilən iclasda bildirib ki, artıq yeni təkliflərin qış sesiyasında parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulur.
O qeyd edib ki, qadağalar xaricdən gələn həkimlərin Azərbaycanda başqa tibbi fəaliyyət növü üzrə işləmələri ilə bağlı olacaq: “Məsələn, İranda stomatoloq olan Azərbaycana gəlib ginekoloq kimi fəaliyyət göstərir.Bizim artıq özümüzdə xeyli ixtisaslaşmış həkimlərimiz var və xaricdən gələnlərə ehtiyac görmürük”.