Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:58

ABŞ senatorları İrana yeni sanksiyalar məsələsini ertələyir


İranda tələbələrin nüvə proqramına dəstək aksiyası. Arxiv foto
İranda tələbələrin nüvə proqramına dəstək aksiyası. Arxiv foto

-

Aparıcı ABŞ senatoru deyir ki, özü və doqquz senator İrana yeni sanksiyalara çağıran qanun layihəsinə dəstəyini azı indiki məqamda geri çəkir.

Nyu Cersi ştatından Demokrat senator Robert Menendez İrana nüvə proqramına görə yeni sanksiyalar qoyan qanun layihəsinin həmmüəllifidir. O, yanvarın 27-də Senat dinləməsində bildirib ki, Prezident Barack Obamaya məktub göndərib və martın sonunadək layihənin qəbulunu dəstəkləməyəcəklərini bildiriblər.

Menendez-in sözlərinə görə, məktubda yazıblar ki, İranın nüvə proqramının məhdudlaşdırılması üzrə siyasi çərçivə sazişi əldə olunmadığı halda, layihəyə dəstək verəcəklər.

10 senator məktubda diplomatiyanın qələbəsinə "ümidini" bildirib. Ancaq onu da əlavə ediblər ki, İranın atom proqramının dinc məqsədli olmasını sübut etmək üçün güzəştə gedəcəyinə "xeyli skeptik" yanaşırlar.

Obama İranla danışıqlar gedən bir vaxtda hər hansı yeni sanksiya qanununa veto qoyacağını deyib.

XS
SM
MD
LG