Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:46

İlham Əliyev:"Ermənistanın müstəmləkə durumu daha da dərinləşəcək”


 Ilham Əliyev
Ilham Əliyev

“Son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni iş yeri açılıb və onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

O bildirib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: “Davos İqtisadi Forumu ölkə iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. Azərbaycandan fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkmədiyi təqdirdə, bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək”.

XS
SM
MD
LG