Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:15

Medvedev Rusiyanın kredit reytinqinin salınmasını siyasi motivli sayır


Dmitry Medvedev
Dmitry Medvedev

Rusiyanın baş naziri Dimitri Medvedev beynəlxalq agentliyin Rusiyanın kredit reytinqini zibil səviyyəsinə endirmsinin siyasi motivli olduğunu deyir.

O belə bir bəyanatla Standard & Poor's (S&P) agentliyinin hesabatından sonra çıxış edib.

Medvedev bu reytinqlərin açıq-aydın siyasi alət olduğunu bildirib.

S&P beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini "BB+" səviyyəsinə salıb. Bu səviyyəyə "zibil" də deyirlər.

Bu o deməkdir ki, sərmayə fondları Rusiyanın dövlət istiqrazlarından xilas olmağa başlayacaqlar.

Sonuncu dəfə Rusiyanın reytinqi bu səviyyədə 2004-cü ildə olub.

Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi vəziyyət pisləşib. Son 1 ildə ölkədən 151 milyard dollar kapital çıxarılıb.

XS
SM
MD
LG