Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:09

Yerevanda İran və Ermənistan xarici işlər nazirlərinin görüşü olub


Edward Nalbandian və Javad Zarif
Edward Nalbandian və Javad Zarif

Yerevanda İran və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Javad Zariflə Eduard Nalbandian yanvarın 27-də ikitərəfli əlaqələr və digər məsələləri müzakirə ediblər.

Zarif görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə qoşulması Tehranın Ermənistan vasitəsi ilə Moskva ilə əlaqələri gücləndirməsinə yeni imkanlar açıb.

O həmçinin Rusiyanın İrana S-300 raket kompleksləri göndərməsində yaranmış problemin tezliklə aradan qaldırılacağına ümidlə yanaşdığını qeyd ediub.

2007-ci ildə tərəflər arasında imzalanmış bu müqavilənin dəyəti 800 milyon dollardır.

Amma BMT-nin təhlükəsialik Şurası İrana qarşı sanksiyalar tətbiq etdiyindən müqvilənin icrası dayandırılıb.

Zarif bu problemin ötən həftə Rusiyanın müdafiə naziri Sergei Shoigunun Teharana səfəri zamanı müzakirə olunduğunu bildirib.

O qeyd edib ki, digər ölkələr İranın nüvə proqramı və ətrafında yaranmış vəziyyəti və digər məsələləri sanksiyalar yolu ilə həll etməyə cəhd göstərməməlidir.

Qərb hesab edir ki, İran gizlicə nüvə proqramı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG