Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:52

Yunanıstanda yeni hökumət yaradılır


 Alexis Tsipras və Panos Kammenos
Alexis Tsipras və Panos Kammenos

Yunanıstanda parlament seçkilərini udan solçu “Siriza” partiyası sağçı “Müstəqil yunanlar” partiyası ilə koalision hökumət yaratmaq razılığına gəliblər.

Bu partiyanın lideri Panos Kakmmenos bildirib ki, Siriza partiyasının lideri Alexis Tsipras baş nazir olacaq.

Ölkə prezidenti yanvarın 26-da ona yeni hökumət yaradılmasını tapşıracaq.

Seçkinin ilkin nəticələrinə görə, Siriza partiyası 300 yerlik parlamentdə 149, “Müstəqil yunanlar” partiyası isə 13 mandat qazanıb.

Bu partiyalar ölkəyə ayrılan beynəlxalq maliyyə yardımının şərtləri ilə razı deyillər.

Ölkə bunun əvəzində sərt iqtisadi tədbirlər həyata keçirməlidir.

Getməkdə olan baş nazir və mühavizəkar “Yeni Demokratiya” partiyasının lideri Antonis Samaras isə televiziya ilə müraciətində əldə olunan nailiyyətlərin davam etdiriləcəyinə ümidlə yanaşdığını deyib.

Yunanıstan hazırda kəskin büdcə kəsiri, ağır iqtisadi böhran dövrünü yaşayır.Ölkəyə ayrılan beynəlxalq maliyyə yardımının verilməsi yeni hökumət yaradılanadək dayandırılıb.

XS
SM
MD
LG