Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Obama Rusiyaya təzyiqin artırılmasından danışır


Mariupolda atışma
Mariupolda atışma

-

ABŞ prezidenti Barack Obama deyir ki, Birləşmiş Ştatlar Rusiyaya təzyiqi artırmaq üçün hərbi əməliyyatdan başqa bütün variantları götür-qoy edir. Səbəb Moskvanın dəstəklədiyi separatçıların Ukraynanın şərqində yeni hücuma başlamasıdır.

Obama yanvarın 25-də Nyu Dehlidə danışıb. Şənbə günü isə Mariupol şəhərinə raket hücumlarında azı 30 nəfər həlak olub. Raketləri yaraqlıların atdığı bildirilir.

ABŞ prezidenti deyib ki, "hərbi qarşıdurmadan başqa bütün əlavə variantları nəzərdən keçirəcək və məsələnin həllinə çalışacaq. Beynəlxalq, özəlliklə də avropalı tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparacağıq".

Durumun müzakirəsi üçün Avropa Birliyi yanvarın 29-da xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.

Apreldən bəri Ukraynanın şərqində münaqişədə 5 min nəfər həlak olub.

XS
SM
MD
LG