Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:28

Rusiya vizaları üçün yeni qayda qüvvəyə minir


Moskvanın mərkəzində turistlər suvenir alır
Moskvanın mərkəzində turistlər suvenir alır

-

Yanvarın 26-dan Rusiyada xarici turistlər üçün yeni qayda qüvvəyə minir. Bu barədə ölkə mediasında Rusiyaya Səyahətlər Operatorları Assosiasiyası (ATOR) xatırlatma yayıb. Yeni qaydaya görə, turistlər Rusiyada baş çəkməyi planlaşdırdıqları şəhərlərin, yaşayış məskənlərinin siyahısını verməlidirlər.

Rusiya Federal Miqrasiya Xidməti həmçinin həmin ərazilərə səfər üçün dəvətnamə, eləcə də dəvətnaməni verən şəxsin və ya təşkilatın adını istəyir.

Bütün viza növlərində bu informasiya olmalıdır.

ATOR yeni qaydaların Rusiyada turizm sənayesinə ziyan vuracağını bildirir.

Sovet dövründə də bu cür informasiya əcnəbilər üçün məcburi idi.

XS
SM
MD
LG