Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:38

Yunanıstan seçkilərində solçu lider Tsipras qalib gəlir


Alexis Tsipras
Alexis Tsipras

Solçu yunan lideri Alexis Tsipras bazar günü elan edib ki, onun ölkəsinə Avropa İttifaqı və onun kreditorları tərəfindən qəbul etdirilmiş qənaətcillik rejimi, beş ildir davam edən “aşağılanma və iztirab” sona çatır.

Səslərin yarıdan çoxu sayılıb və Syrizanın parlamentdəki 300 mandatdan 149-nu qazanacağı artıq realdır.

Beləliklə, seçicilərin 36 faizi səslərini solçu partiyaya verib.

Mətbuat yazır ki, Tsipras avrozonada Avropa İttifaqının maliyyə siyasətinə açıq müxalifətdə olan ilk baş nazir olacaq.

“Yunanıstan fəlakətli qənaətcillik dövrünü, qorxu və avtoritarlıq dövrünü və beş illik narahatlıq və alçaldılma dövrünü arxada qoyur” - deyib Tsipras izdiham qarşısında etdiyi ilk çıxışda.

XS
SM
MD
LG