Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinə giriş pulsuz olacaq.
APA-nın məlumatına görə, 10 günlük
sərbəst giriş kampaniyası “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.