Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:46

Kiyevlə separatçılar əsirlərin dəyişdirilməsində razılığa gəliblər


Foto arxiv
Foto arxiv

Kiyevlə rusiyapərəst separatçılar bütün əsirlərin dəyişdirilməsi barədə razılıq əldə ediblər.

Dekabrın 24-də Minskdə Ukraynanın şərqindəki böhranın həlliylə bağlı növbəti danışıqlar aparıldı.

Görüşdə Ukrayna, Rusiya, rusiyapərəst separatçılar və ATƏT-in nümayəndələri iştirak edirlər.

Ukrayna Təhlükəsialik Xidmətinin müşaviri Markiyan Lubkivsky deyir ki, bu görüşdə yalnız əsir mübadiləsi ilə bağlı razılıq əldə olunub.

Bu məlumatı Donetsk və Luhansk separatçılarının liderləri də təsdiqləyib.

Görüşün ikinci mərhələsi dekabrın 26-na nəzərdə tutulub.

Amma görüşün keçiriləcəyi hələlik bəlli deyil.

XS
SM
MD
LG