Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Atası Anar Məmmədli ilə görüşüb


Anar Məmmədli
Anar Məmmədli

-

Dekabrın 22-də atası Asəf Məmmədov Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli ilə görüşüb.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Anar Məmmədli atasına vəziyyətinin yaxşı olduğunu və saxlanma şəraitindən narazı olmadığını bildirib.

Anar Məmmədli ötən il dekabrın 17-də həbs olunub. Bundan iki ay öncə Baş Prokurorluq A.Məmmədlinin sədri olduğu təşkilata cinayət işi açmışdı. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidənyayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Anar Məmmədli 5 il 6 ay azadlıqdan məhrum edilib.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Anar Məmmədli dekabrın 18-də Qaradağdakı 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Dekabrın 20-də ailə üzvləri onunla görüşmək istəsə də, buna icazə verilməmişdi.

XS
SM
MD
LG