Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:20

Allahşükür Paşazadə: «Qərb İslam adı altında müsəlmanları qırır»


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

-

«Bu gün Qərb dövlətləri İslama qarşı açıq mübarizə aparır. Yaxın Şərqdə təfsirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırırlar. Biz müsəlmanlar buna qəti etiraz edirik, bu, ən böyük cinayətdir».

apa-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı keçirilən tədbirdə belə deyib.

Şeyxülislam söyləyib ki, həmin dövlətlərin əlaltılarına çevrilən məzhəblərə qarşı mübarizə gücləndirilməlidir:

«Bu yaxınlarda «Qələm» mətbəəsinin vəhhabilik barəsində bir nəşri işıq üzü gördü. Orada kənar məzhəblərin İslama vurduğu zərbələr aydın izah olunur».

A.Paşazadə bu yaxınlarda İranda radikalizmə qarşı keçirilən konfransı xatırladaraq orada İran və Türkiyə nümayəndələrinə təkliflər verdiyini bildirib:

«Biz İran və Türkiyə ilə birləşib kənar məzhəblərə, radikal qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq. Bunun vaxtı çoxdan çatıb».

Tədbirdə İranın Ali liderinin Azərbaycandakı nümayəndəsi Seyyid Ali Akbar Ojagnejad, İranın Azərbaycandakı səfiri Mohsen Pakaeen, Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Sadık Eraslan da iştirak ediblər.

XS
SM
MD
LG