Dekabrın 21-i Özbəkistanda parlament seçkiləridir. Seçkilərin real dəyişiklik gətirəcəyinə inanan azdır.
Oliy Məclisə seçkilərdə 20 milyon seçici 150 deputatı seçməlidir.
Seçkidə iştirak edən 4 rəqib partiyanın hamısı prezident İslam Kərimovu dəstəkləyir.
Son illər prezident öz səlahiyyətlərinin bir qismini parlamentə verib. Çoxluğu qazanan partiya baş nazirliyə öz namizədini verə bilər.