Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:39

İsveçrə Rauf Mirqədirovun ailəsinə sığınacaq verib


Rauf Mirqədirov atasının dəfnində - 24 may 2014
Rauf Mirqədirov atasının dəfnində - 24 may 2014

-

Həbsdə olan jurnalist Rauf Mirqədirovun ailəsinə İsveçrə hökuməti sığınacaq verib.

Dekabrın 20-də jurnalistin ailəsinə məhkəmədən rəsmi bildiriş gəlib. Bunu Turan-a R.Mirqədirovun həyat yoldaşı Adilə Babaxanova deyib.

Dekabrın 17-də Sürix şəhər məhkəməsi Mirqədirovun ailə üzvlərinin statusu haqqında məsələyə baxıb. Jurnalistin ailə üzvləri çıxış edib, beynəlxalq hüquq-müdafiə təşkilatları və İsveçrə qurumlarının təqdim etdiyi sənədlərə baxılıb.

Üç gün sonra – dekabrın 20-də ailə jurnalistin həyat yoldaşına və iki övladına siyasi sığınacaq verildiyi haqda rəsmi bildiriş alıb.

R.Mirqədirov «Zerkalo» qəzetinin Türkiyədə xüsusi müxbiri idi. Aprelin 19-da Türkiyə polisi onu saxlayıb və Bakıya deportasiya edib.

O, Ermənistanın xeyrinə casusluqda ittiham olunur. Jurnalist bu ittihamları təkzib edərək, absurd adlandırıb. Beynəlxalq təşkilatlar Mirqədirovu vicdan məhbusu kimi tanıyıblar.

Jurnalistin həbsindən sonra ailəsi Türkiyədə qalıb. Ailə üzvləri yerli polis və Bakı prokurorluğunun işçiləri tərəfindən dəfələrlə dindirilib. Onların mənzilində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib. Bundan sonra ailə beynəlxalq jurnalist təşkilatlarının dəstəyi ilə İsveçrəyə köçüb.

XS
SM
MD
LG