Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:41

ABŞ-ın fond birjasında səhmlər bahalaşıb


Arxiv foto
Arxiv foto

ABŞ-ın fond birjasında dekabrın 18-də əsas indekslərin əhəmiyyətli şəkildə artması müşahidə olunub.

Nyu-York bazarında ABŞ-ın 30 böyük korporasiyasını əhatə edən Dow Jones indeksi 421 punkt qalxıb. Bu, 2011-ci ildən bu yana gün ərzində müşahidə olunan ən böyük artımdır. NASDAQ indeksi də 2,24 faiz artıb, S&P 500 indeksində 2,4 faiz artım olub. Bu il ərzində bütün bunlar ən yüksək göstəricilərdir.

ABŞ-ın federal ehtiyat sistemi rəhbərliyi bu gün faiz dərəcələrinin artacağını bildirəcək. Aksiyaların qiymət artımı bu gözlənti ilə bağlıdır.

СNBC telekanalının şərhçiləri qeyd edirlər ki, investorlar dünən açıqlanan ABŞ-da işsizlərin sayının azalması ilə bağlı göstəricilərdən ürəkləniblər. Göstəricilərə görə, 2015-ci ildə Amerika iqtisadiyyatında inkişafın sürətlənəcəyi gözlənir.

XS
SM
MD
LG