Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:05

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovu dərhal azad etməyə çağırır


İlqar Məmmədov
İlqar Məmmədov

-

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətindən ReAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edir.

Bu haqda məlumatı vəkil Fuad Ağayev özünün «facebook» səhifəsində yayıb.

Dekabrın 4-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barədə qərarının icrası məsələsinə baxılıb.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, 7 illik həbs cəzası alıb. Müsavat başqanının müavini Tofiq Yaqublu da eyni ittihamla 5 il həbsə məhkum edilib. Onlardan başqa daha bir neçə nəfər həmin hadisələrə görə həbs olunub.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 13-də İlqar Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı qəti qərar çıxarıb. Qərarda ona təzminat ödənilməsi də tələb olunur. Həmin qərar üç ay içində icra edilməlidir.

XS
SM
MD
LG