Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:50

Kadyrov istefa verib, Ukraynaya vuruşmağa getmək istəyir


Çeçenistan prezidenti Ramzan Kadyrov deyib ki, o, Rusiya prezidenti Putindən xahiş etmək istəyir ki, ona istefa verməyə icazə versin və o, Şərqi Ukraynaya döyüşməyə gedə bilsin. Kadırov deyib ki, o, gedib, orda “şərəf və ləyaqəti olmayan iblisləri məhv etmək istəyir”.

Kadyrov bunu dekabrın 16-da NTV televiziyasına deyib.

Putinin sözçüsü Peskov dekabrın 17-də deyib ki, Kadyrovdan istefa müraciəti gəlməyib.

Dekbarın 4-dəQroznıda 14 polisin ölümünə gətirən hücuma görə Kadyrov bu hücumu dəstəkləyən bəzi Ukrayna siyasətçilərinə qəzəblənmişdi.

XS
SM
MD
LG