Ukraynanın yeni seçilmiş parlamentinin noyabrın 27-də ilk iclasında baş nazirin keçmiş müavini Volodymyr Groysman parlamentin spikeri seçilib.
Ukrayna qanunvericiliyinə görə, parlament sədri ölkədə ikinci şəxsdir, prezident olmasa, onun səlahiyyətini parlament sədri icra edir.
Noyabrın 27-də parlamentdə 5 partiyalı hakim koalisiya baş nazir vəzifəsinə Yatsenyuku irəli sürmüşdü və parlament onu təsdiq etdi.