Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:08

Avropa parlamentinin sədri Leyla Yunusu azad etməyə çağırır


Noyabrın 26-da Strasburqda Avropa Parlamentində 2014-cü il Sakharov mükafatının təqdimatı mərasimi olub.

Mükafat Konqodan olan həkim Denis Mukvegeyə verilib.Avropa parlamentinin spikeri Martin Schulz bu mükafata 2 digər namizədi də xatırladıb.

Bu namizədlərdən biri olan Leyla Yunus haqda Schulz deyib: “ Leyla Yunus Saxarov mükafatına namizəd idi. Çünki Azərbaycanda insan haqlarını böyük əzmlə müdafiə edir və bunun uğrunda vuruşur. Avropa Parlamenti Azərbaycan hökumətini bu günahsız və səhhəti kəskin pisləşən qadını azad etməyə çağırır”.

Schulz deyib ki, Avropa Pralamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu, alınmayıb. O, Avropa Parlamenti nümayəndələrinə Azərbaycana getməyə imkan verilməməsinə etirazını bildirir və deyib ki, bütün bunlar yolverilməzdir.

Schulz onu da qeyd edib ki, Strasburqda mərasimdə simvolik akt kimi Leyla Yunusun qızı da iştirak edib.

XS
SM
MD
LG