Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:04

İran əsilli britaniyalı qadın zaminə buraxılıb


Ghoncheh Ghavami
Ghoncheh Ghavami

İranda voleybol yarışına getdiyinə görə həbs olunmuş İran əsilli britaniyalı Ghoncheh Ghavami-nin ailəsi deyir ki, o, zaminə buraxılıb. Ghavami noyabrın 23-də buraxılıb. Qardaşı AFP agentliyinə bildirib ki,hazırda Apelyasiya Məhkəməsinin qərarını gözləyir.

25 yaşlı Ghavami iyunda Tehranda kişilərin voleybol yarışına getdiyi üçün saxlanıb. O, bu addımı İranda sərt xətt tərəfdarlarının siyasətinə, gender ayrı-seçkiliyinə etiraz olaraq atıb.

Müstəntiqlər onu müxalifətlə bağlılıqda ittiham edib.

ISNA xəbər agentliyi noyabrın 18-də Tehran prokurorluğunun bəyanatını yayıb. Ghavami müxalifətin xaricdəki etirazlarında fəallıqda ittiham olunub. Ghavami-nin həmçinin BBC-nin fars xidməti ilə bağlılığı iddia edilib. Bu kanal İranda qadağan olunub.

Ghavami-nin ailəsi ittihamları təkzib edib.

XS
SM
MD
LG