Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

Ukraynada parlament koalisiyası yaradılır


5 partiya koalisiya hökuməti yaradır-21 noyabr 2014
5 partiya koalisiya hökuməti yaradır-21 noyabr 2014

-

Ukraynada parlament çoxluğunun koalisiya yaratmaq haqda layihəsi razılaşdırılıb.

Sənədi noyabrın 21-də 5 partiya– «Petro Poroshenko Bloku», «Xalq Cəbhəsi», «Samopomoş» birliyi, Radikal və «Batkivşina» partiyaları imzalayıb. Layihə imzalanarkən, baş nazir Arseny Yatseniuk deyib ki, koalisiyaya Ali Radanın çoxluğu, yəni 300 deputat qoşulur.

Bundan əvvəl bildirilirdi ki, koalisiyada «Müxalifət bloku» və yanvarın 16-da Radanın qəbul etdiyi «diktator qanunu»na səs verənlər iştirak etməyəcəklər. Koalisiya milli təhlükəsizlik, məhkəmə-hüquq sistemi və seçki qanunvericiliyi də daxil olmaqla hakimiyyətin demək olar ki, bütün sahələrində islahatlar aparacaqları haqda razılığa gəliblər.

«Petro Poroshenko Bloku»ndan olan deputat Volodymyr Groysman bildirib ki, rəsmi sənəd Ali Radanın birinci iclasında imzalanacaq.

XS
SM
MD
LG