Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:24

«Sazz»ın baş ofisində bomba həyəcanı yaşanıb


-

«Sazz» internet şirkətinin baş ofisinə bomba qoyulması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi saytında yerləşdirilən məlumata görə, hadisə oktyabrın 31-də səhər saatlarında baş verib. Şirkətin baş ofisinə zəng vuran naməlum şəxs «İdarəyə bomba qoyulub, qaçın» deyərək dəstəyi asıb. Şirkət əməkdaşları nazirliyin «102» xidmətinə zəng vuraraq hadisə haqda məlumat veriblər.

Məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatı Neftçala rayon sakini, 13 yaşlı B.A.-nın verdiyi müəyyən edilib.

XS
SM
MD
LG