Polşanın keçmiş baş naziri Donald Tusk Putinin ona Ukraynanı bölmək təklif etməsi barədə məlumatı təkzib edib.
Avropa Birliyi Şurasının yeni sədri seçilən Tusk Polşanın TOK-FM radiosuna oktyabrın 24-də deyib ki, Putin ona belə təkliflə heç vaxt müraciət etməyib.
Oktyabrın 19-da vaxtilə Tusk hökumətində xarici işlər naziri olan Radoslav Sikorski Amerikanın internet dərgisi olan Politico-ya müsahibəsində demişdi ki, Moskvada 2008-ci ildə Putin Tuska təklif edib ki, Ukraynanı bölsünlər.