Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:39

Erdogan:"Azad Suriya Ordusunun 1300 döyüşçüsü Kobaniyə kürdlərə köməyə gələcək"


Türkiyə prezidenti Erdogan deyib ki, Azad Suriya Ordusunun 1300 döyüşçüsü Kobanidə kürd döyüşçülərinə qoşulacaq.Onlar İslam dövləti yaraqlılarından şəhəri müdafiə edəcək.

Erdogan bunu Estoniyanın paytaxtı Tallində oktyabrın 24-də deyib. O bildirib ki, Suriya kürdləri Azad Suriya Ordusunun döyüşçülərini qəbul etməyə razılaşıblar.

Ancaq Suriyanın kürd partiyasının – PYD-nin həmsədri Saleh Muslim oktyabrın 24-də Reutersə deyib ki, bu razılıq hələ əldə olunmayıb.

Erdogan Tallində onu da bildirib ki, Türkiyə ərazisindən Kobaniyə gedəcək İraq kürd döyüşçülərinin sayı əvvəlki 200-dən 150-yə salınıb.

Kobanidə 2 min kürd döyüşçü olduğu güman edilir.

XS
SM
MD
LG