Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:02

Tehranda və İsfahanda qadınlara kimyəvi turşu hücumlarına etiraz nümayişləri keçirilir


 Isfahanda nümayiş
Isfahanda nümayiş

Tehranda və İsfahanda minlərlə adam son vaxtlar qadınlara kimyəvi turşu hücumlarına etiraza çıxıblar.

Son vaxtlar İsfahan şəhərində “baş örtüyü düzgün olmayan” qadınların, qızların üzünə kimyəvi turşu atılması ilə bağlı ən azı 4 , social medialarda deyilənə görə isə, hətta 13 hadisə olub.

Tehranda parlament binası qabağında nümayişə yüzlərlə, İsfahanda isə Ədliyyə Nazirliyinin binası qabağına nümayişə minlərlə adam gəlib.

Nümayişçilər “qadınları qoruyun” şüarları qışqırıblar.

İsfanda belə nümayişə yerli qubernator müavini icazə verməyib.

Nümayişdə insan haqları fəalı Mohammad Nourizad tutulub, saxlanıb.

Polis kimyəvi turşu hücumları ilə bağlı 4 nəfəri həbs edib.

XS
SM
MD
LG