Avropa Komissiyasının vəzifədən gedən sədri Barroso Britaniyanın baş naziri Camerona xəbərdarlıq edir ki, Avropa Birliyinin azad hərəkət prinspini dəyişmək fikrinə düşməsin. BBC-yə müsahibə verən Barroso hesab edir ki, bu, Avropa Birliyinin daxili bazarı üçün çox mühümdür.
Cameron miqrasiya və biznes nəzarəti üzrə bir sıra səlahiyyətlərin Avropa Birliyindən ölkələrə verilməsini istəyir. Ancaq konkret detalları bildirmir.
Times qəzeti oktyabrın 19-da adı çəkilməyən mənbəyə istinadla yazır ki, Cameron aşağı təhsilli və ya aşağı səriştəli işçi miqrantların Avropa Birliyindən Britaniyaya gəlib iş icazəsi almasını məhdudlaşdırmaq istəyir.
Barroso isə deyib ki, bunun qarşısının istənilən şəkildə birtərəfli alınması Avropa Birliyi qaydalarına uyğun deyil.