Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:11

Total və E.ON Transadriatik qaz kəməri layihəsindən çıxdılar


Fransanın Total və Almaniyanın E.ON şirkətləri Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxdılar.

Totalın payı 10 faiz, E.ON-un payı 9 faiz idi.

Onların 19 faiz payını İspaniyanın Enagas və Belçikanın Fluxys şirkətləri alıb. Bunu TAP sentybarın 30-da bildirib. Enagasın payı 16 faiz olub. Qalan 3 faizi alan Fluxys TAP layihəsində payını 19 faizə çatdırıb.

Hazırda Tap layihəsində paylar belə bölünür: BP – 20, SOCAR – 20, Statoil – 20, Fluxys – 19, Enagas – 16, Axpo – 5 faiz.

TAP Azərbaycanın Şahdəniz yatağı qazını Yunanıstan, Albaniya, Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, burdan isə Qərbi Avropaya çatdırmalıdır.

Kəmərin tikintisi 2016-cı ildə başlamalıdır.

870 km uzunluğunda bu kəmərin ilkin gücü ildə 10 milyard kub metr qaz olacaq. Sonradan kəmərin gücü iki dəfə artırılacaq.

XS
SM
MD
LG