-
Abşeron rayon Təhsil şöbəsinin vəzifəli şəxsləri korrupsiyada ittiham olunurlar.
Bu haqda Respublika Baş Prokurorluğunun yaydığı məlumatda deyilir. Məlumata görə, təhsil şöbəsinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər veriblər. Onların orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarını 40 manata satdıqları bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.