Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:01

Səudiyyə Ərəbistanı terror törətmək istədiyi bildirilən 88 şəxsi həbs edib


Səudiyyə Ərəbistanı ölkənin daxilində və xaricdə terror törətmək istəyində şübhəli bilinən 88 şəxsi həbs edib.

Daxili işlər nazirliyinin sözçüsü Mansur al-Turki sentyabrın 2-də bildirib ki, bu adamlardan 59-u əvvəllər oxşar ittihamlarla həbsdə yatanlardır.

Onun sözlərtinə görə polis bu tutulanları aylarla izləyib və onların planlarını öyrənib.

Tutulanlardan 3 nəfəri Yəməndəndir. 1 nəfərin kimliyi öyrənilir. Yerdə qalanlar Səudiyyə Ərəbistanındandırlar.

Səudiyyə Ərəbistanı polisi sentyabrın 2-də onu da bildirib ki, 3 suriyalı və 1 iranlı narkotik qaçaqmalçılığına görə ölümə məhkum olunub və onların qılıncla boynu vurulub.

XS
SM
MD
LG