Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:25

Murad Ədilovun məhkəməsi növbəti dəfə təxirə salınıb


Murad Ədilov
Murad Ədilov

-

Sentyabrın 2-də Nərimanov rayon Məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Yalçın İmanovun dediyinə görə, məhkəmə növbəti dəfə təxirə salınıb:

«Ötən prosesdə prokurorluq əməkdaşları Murad Ədilovun işgəncəyə qalması ilə bağlı müraciətinin araşdırdıqlarını bildirmişdilər. Hakim də onlardan sənəd istəmişdi. Həmin sənədin məhkəməyə təqdim olunması üçün proses təxirə salınmışdı. Prokurorluq əməkdaşları bu günə təxirə salınan məhkəmədə də həmin sənədləri təqdim edə bilmədilər. Ona görə də proses növbəti dəfə təxirə salındı. Belə çıxır ki, prokurorluq belə bir araşdırma aparmayıb».

Növbəti proses sentyabrın 3-nə təyin olunub.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.

Avqustun 13-də Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

XS
SM
MD
LG