Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:17

Güclü külək əsəcək, yağış yağacaq


Foto: Arxiv
Foto: Arxiv

-

Avqustun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova apa-ya deyib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricə mülayimləşəcək.

Gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

XS
SM
MD
LG