Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Avropa Şurasının bas katibi Əli İnsanovla bağlı müraciətə cavab verib


Thorbjørn Jagland
Thorbjørn Jagland

-

Avropa Şurasının baş katibi Thorbjørn Jagland həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı bir qrup ictimaiyyət nümayəndəsinin müraciətinə cavab verib.

Bu haqda Turan-a Əli İnsanovun yaxınları məlumat verib.

Məlumata görə, T.Jagland Avropa İnsan Haqları Məhkəməsinin Əli İnsanovla bağlı qəbul etdiyi qərarın monitorinqini aparacaqlarını qeyd edib:

«Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə bir neçə işlə məşğuldur. Bu yaxınlarda Azərbaycana səfərim zamanı Avropa Şurasının diqqətini cəlb etmiş işləri yüksək səviyyədə qaldırdım. Sizi inandırmaq istəyirəm ki, Avropa Şurasının müxtəlif institutları hakimiyyətin Avropa Şurası dəyərlərinə və prinsiplərinə hörmət etməsi məsələsinə diqqət göstərməkdə davam edəcək».

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il cəza alıb. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi onun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov haqqındakı 11 illik həbs qərarını qüvvədə saxlayıb.

XS
SM
MD
LG