Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:08

Dünya Kuboku yarışları Braziliya-Xorvatiya oyunu ilə başlanır


İyunun 12-də Braziliyanın San Paulo şəhərində futbol üzrə dünya kuboku yarışları Braziliya-Xorvatiya oyunu ilə başlanır.

Xorvatiyanın məşqçisi Kovac deyib ki. o, 6 ay Braziliya yığmasını öyrənib və bu gün Xorvatiya hücumda oynayacaq.

Ancaq Kovac əlavə edib ki. bütün bunları demək asandır. eləmək çətin.

Xorvatiyadan hücumçu Mario Mandzukic oynamayacaq.

Bir ay çəkəcək Dünya Kuboku yarışlarına ümumilikdə xaricdən 600 min futbol azarkeşi gəlməlidir.

Braziliya 12 stadionun tikilməsinə, yenidən qurulmasına, infrastruktura 11,3 milyard dollar xərcləyib.

Kubok yarışları vaxtı təhlükəsizliyi 150 min polis və əsgər qoruyacaq.

San Pauloda metro işçiləri tətil etmək istəyirdi, ancaq açılış günü oyununa görə tətil etməkdən vaz keçdilər.
XS
SM
MD
LG