Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

Barselona Messiyə 200 milyon təklif edir


Lionel Messi
Lionel Messi
İspaniyanın "Barselona" klubu komandanın hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

"Sport.es"in məlumatına görə, klub Messiyə növbəti 5 il üçün 200 milyon avro təklif etmək fikrindədir.

Amma Messi 4 ilə 400 milyon avro tələb edir və bura reklamdan gələn gəlirin bölüşdürülməsi daxil deyildir.

Euromericas İdman Marketinqi isə Messinin qiymətinin 492 milyon avro olduğunu açıqlayıb.

Qeyd edək ki, Messi hazırda dünyada illik gəlirinə görə (41,3 milyon dollar) 10 idmançıdan biridir.
XS
SM
MD
LG