-
Mayın 1-dən Bakı məktəblərinin I sinfinə şagirdlərin qəbulu başlayır.
Təhsil Nazirliyinin məlumatına görə, martın 5-dən ərizələrin elektron qeydiyyatı keçirilir. Ərizəsi elektron qeydiyyatdan keçmiş vətəndaşların övladlarının sənədləri mayın 1-dən başlayaraq, hər bir müəssisədə təmsil olunacaq işçi qrup tərəfindən qəbul ediləcək.
Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş işçi qrup tərəfindən həyata keçirilir.
Orta məktəblərin I sinfinə bu ilin sentyabrın 15-nə 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, 16.09.2009-cu il tarixdən 31.12.2009-cu il tarixədək olan dövrdə anadan olan və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada müsahibədən uğurla keçmiş və Təhsil Nazirliyinin təşkil etdiyi məktəbəhazırlıq qrupunu uğurla bitirən uşaqlar qəbul olunur.