Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:09

Yəməndə dinc sakinlər arasında xeyli itkilər olduğu xəbər verilir


Foto arxiv
Foto arxiv

Yəmənin koalisiya qüvvələri tərəfindən bombalaması nəticəsində dinc sakinlər arasında xeyli itkilər olduğu xəbər verilir.

Beynəlxalq Miqrasiya Təşkilatı Haca əyalətindəki qaçqın düşərgəsində azı 45 nəfərin öldüyünü, 65 nəfərinsə yaralandığını xəbər verir.

Koalisiya qüvvələrinə Səudiyyə Ərəbistanı başçılıq edir.

Yerli məmurlar ölənlərin uşaqlar, qadınlar və düşərgəni qoruyan təhlükəsialik qüvvələri olduğunu deyirlər.

Bu düşərgə 2009-cu ildən salınıb.

Burda əsasən üsyançı Huthi qrupu ilə hökumət qüvvələri arasında gedən doyşlərdən qaçan yerli sakinlər yerləşdirilib.

Son 2 gün ərzində isə düşərgəyə 500 yeni ailə gəldiyi bildirilir.

Hazırda paytaxt Sanaa və ölkənin bir sıra əyalətləri şiə qrupu olan Huthi yaraqlılarının nəzarətindədir.

XS
SM
MD
LG