Belarusda bir neçə vebsayt blok olunub. Hökumət buna kimin göstəriş verdiyini bildirmir.
Ancaq BelaPAN özəl xəbər agentliyi bildirir ki,vebsaytları yalnız hakimiyyətin əmri ilə bağlamaq olar.
BelaPAN-ın 3 saytı bağlanıb. Solidarnost xəbər saytı, insan haqları təşkilatı Xartiya-97-nin saytı da bağlıdır.
Keçən həftə parlamentin qəbul etdiyi qanuna görə, iki xəbərdarlıqdan sonra sayt bağlana bilər.