Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:49

Şimali Koreya liderinin bacısı böyük siyasətə gəlir


Şimali Koreya lideri Kim Jong-un kiçik bacısı - Kim Yo-jong vəzifəyə gətirilir.

Onun adını rəsmi şəxslər sırasında çəkən dövlət televiziyası təqribən 25 yaşı olan Yo-jongu ölkədəki hakim Əmək partiyasında şöbə müdirinin müavini kimi təqdim edib.

Kim Yo-jong ilk dəfə 2011-ci ildə atasının dəfnində ictimaiyyətə görünüb. Onun da qardaşı kimi İsveçrədə özəl məktəbdə təhsil aldığı bildirlir.

Bu günlərdə Kim Yo-jongun dövlət televiziyasında qardaşı danışarkən bloknotda qeydlər apardığını göstəriblər. Qərb mediası Şimali Koreya üzrə ekpertlərə istinadən xəbər verir ki, Şimali Koreya diktatoru danışarkən qeydlər aparmaq həmin şəxsin yüksək vəzifə sahibi olmasının əlamətidir.

XS
SM
MD
LG