Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:21

Prokurorluq İntiqam Əliyevin sənədlərini geri qaytarıb


İntiqam Əliyev
İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ofisindən götürülmüş Avropa İnsan Haqları Məhkəməsinə aid sənədlər geri qaytarılıb.

Bu haqda AzadlıqRadiosuna İntiqam Əliyevin qızı Nərmin Kamilsoy məlumat verib. Onun dediyinə görə, sənədlər vəkil Cavad Cavadova təqdim olunub:

«Oktyabrın 25-də Cavad Cavadov Baş Prokurorluğa çağırılıb. Ofisdə axtarış aparılarkən müsadirə olunan Avropa İnsan Haqları Məhkəməsinə aid sənədlər geri qaytarılıb».

Nərmin Kamilsoy bildirir ki, atası səhhətindəki problemlə bağlı təcridxanada həkim nəzarətində saxlanır:

«Oktyabrın 14-də atam məhkəməyə gətirilərkən vəziyyəti pisləşmişdi. Çox narahat idik. Buna görə də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinə zəng etdim. Öncə bildirdilər ki, məlumat toplayıb, sizə zəng edəcəyik. Sonradan özləri zəng edib dedilər ki, atamı kamerada nəzarət altında saxlayırlar. Daha sonra atamla danışdıq. Səhhətinin yaxşı olmadığı hiss olunurdu. Buna baxmayaq yaxşı olduğunu dedi. O da bildirdi ki, kamerada həkim nəzarətindədir».

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq 3 aylıq həbs edilib. Oktyabrın 24-də onun həbs müddəti daha 3 ay uzadılıb. İntiqam Əliyev həbs olunan gün prokurorluq əməkdaşları onun ofisində axtarış aparmış, bəzi sənədləri götürmüşdülər.

XS
SM
MD
LG