Türkiyə prezidenti Erdogan deyib ki, Azad Suriya Ordusunun 1300 döyüşçüsü Kobanidə kürd döyüşçülərinə qoşulacaq.Onlar İslam dövləti yaraqlılarından şəhəri müdafiə edəcək.
Erdogan bunu Estoniyanın paytaxtı Tallində oktyabrın 24-də deyib. O bildirib ki, Suriya kürdləri Azad Suriya Ordusunun döyüşçülərini qəbul etməyə razılaşıblar.
Ancaq Suriyanın kürd partiyasının – PYD-nin həmsədri Saleh Muslim oktyabrın 24-də Reutersə deyib ki, bu razılıq hələ əldə olunmayıb.
Erdogan Tallində onu da bildirib ki, Türkiyə ərazisindən Kobaniyə gedəcək İraq kürd döyüşçülərinin sayı əvvəlki 200-dən 150-yə salınıb.
Kobanidə 2 min kürd döyüşçü olduğu güman edilir.