Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:04

73 yaşlı insan haqları müdafiəçisi həbsxanadan buraxıldı


Rusiyada 73 yaşlı insan haqları müdafiəçisi LIyudmila Bogatenkovanı 2 gün həbsdə saxlayandan sonra buraxdılar.Əsgər Anaları komitəsinin Budyonnovsk şəhərindəki yerli bölməsinin sədri olan Bogatenkova ölkədən çıxmamaq haqda sənədi imzalayandan sonra burxaılıb.

Bogatenkova 4 il əvvələ aid maliyyə işlərində saxtakarlıqda ittiham olunur.

Rusiya prezidenti yanında insan haqları şurasının sədri Mikhail Fedotov deyib ki, o, bu işi nəzarətdə saxlayır.

Şuranın üzvü Sergei Kirienko isə hesab edir ki, Bogatenkovanı öz fəaliyyətinə görə cəzalandırırlar.

Avqust ayında Bogatenkova şuraya sənəd təqdim etmişdi. Həmin sənəddə deyilirdi ki, Rusiyada Rostov yaxınlığında hərbi düşərgədə onlarla Rusiya əsgəri həlak olub. Bu düşərgə Ukraynanın şərq regionları ilə sərhəddədir.

XS
SM
MD
LG