Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:06

Rusiyanın Misirə 3,5 milyard dollarlıq silah satışı barədə ilkin razılıq əldə olunub


Rusiya və Misir 3,5 milyard dollar məbləğində silah satışı barədə ilkin razılığa gəliblər. Dünyanın ikinci ən böyük silah istehsalçısı olan Rusiya Misirə bu məbləğdə silah satacaq.

Reuters agentliyi Rusiya mediasına istinadla xəbər verir ki, bunu Cənubi Afrikada silah sərgisində Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Fomin bildirib.

Eyni sərgidə iştirak edən Rosoboronaeksportun rəhbəri Anatoli İsaykin isə bildirib ki, bu şirkətdə hazırda 38,7 milyard dollarlıq sifarişlər var. Son illər heç vaxt belə sifarişlər olmayıb.

XS
SM
MD
LG