Krım lideri Sergei Aksyonov hökumətin iclasında deyib ki, seksual azlıqların Krımda şansı yoxdur.
Sentyabrın 2-də Aksyonov bildirib ki, “Bizim Krımda belə adamlara ehtiyacımız yoxdur”.
O xəbərdarlıq edib ki, əgər geylər ictimai toplantı keçirmək istəsə, onda polis və özünü müdafiə qüvvələri 3 dəqiqəyə onlara başa salacaqlar ki, cinsi orientasiyaları necə olmalıdır.
O deyib ki, Krım uşaqları ailə və ənənəvi dəyərlər ruhunda böyüməlidir.