Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

Moskvada Ermənistandan və Orta Asiyadan olan 27 yalançı psixoloq tutulub


Moskva polisi Ermənistandan və Orta Asiyadan olan onlarla yalançı psixoloqu saxlayıb.

Daxili İşlər Nazirliyinin Moskva bölməsi iyulun 28-də bildirib ki, 27 şübhəli saxlanıb. Onlar Ermənistan, Qzaxıstan, Tacikistan və Özbəkistandandır. Bu qrupa 48 yaşlı kişi və 45 yaşlı qadın başçılıq edir. Qadın Moskvadandır.

Bu qrup sıravi vətəndşalara gələcəyi xəbər vermək , onları sağaltmaq, şəxsi problemlərini həll etmək kimi “xidmət” göstərirmiş.

Bu qrup Moskva sakinlərindən ümumilikdə 800 milyon rubl (22 milyon 800 min dollar) pul toplayıblar.

XS
SM
MD
LG