Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:18

Ukrayna qüvvələrinin bir neçə məntəqəni ələ keçirdiyi bildirilir


Foto arxiv
Foto arxiv

Ukraynada Malayziya təyyarəsinin vurulduğu ərazidə Ukraynanın hökumət qüvvələri ilə rusiyapərəst yaraqlılar arasında döyüşlər gedir.

Ukrayna ordusu Donetsk vilayətindəki Debaltsevo şəhəri və ətrafdakı yüksəkliyin ələ keçirildiyini xəbər verir.

Həmçinin hökumət qoşunlarının Şaxtarsk və Torez şəhərlərinə girdikləri xəbər verilir.

Bundan başqa Milli Qvardiyanın Horlivka şəhərinin ətrafına cəmləşdiyi bildirilir.

Həmçinin Luqansk vilayətindəki Pervomaysk şəhərinin yaxınlığında döyüşlər gedir.

XS
SM
MD
LG