Fələstin liderləri iyulun 25-ni “Qəzəb günü” elan edərək İordan çayının qərb sahilində İsrailin Qəzzadakı hücumlarına etiraz olaraq kütləvi nümayişlər keçirir.
İyulun 24-də isə Ramallahdan 10 min fələstinli Şərqi Qüdsə doğru etiraz yürüşünə başlayıb.
İyulun əvvəlindən Qəzzada 800-dən çox fələstinli ölüb, İsrail tərəfdən ölənlər 35 nəfərdir.